Millimiz məşqlərini davam etdirir - VİDEO

Millimiz məşqlərini davam etdirir - VİDEO
Futzalçılarımiı yanvarın 16-da Belçikaya yollanacaqlar

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıqlarını davam etdirir. Baş məşqçi Joze Alesio Da Silva təlim-məşq toplanışına 16 oyunçu çağırıb. Çalışdırıcı ən çox Araz-Naxçıvan klubun üzvlərinə güvənib. Ölkə çempionumuz 6 oyunçusu toplanışda iştirak edir. EKOL-un 2, Neftçinin 1 futzalçısı komandaya qoşulub. 7 nəfər isə legioner həyatı yaşayır.

Bunlar Rövşən Hüseynli, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Şojaei, Ramiz Çovdarov, İsa Atayev, Emin Kürdov, Tofiq Mikayılov, Cavad Məmmədov, Tiaqo Teles, Rafael Vilela, Everton Kardoso, Hadi Ahmadi, Eduardo Borges, Fineo De Araujo və Oliveira Villiams “Vassoura”dır. Futzalçılardan 13-ü yekun heyətə seçiləcək.

Hazırlıqlara tam heyətlə qoşulduqlarını deyən Da Silva qitə çempionatında yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib.

Məşq prosesini izləyən Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da millimizə inandığını deyib. 49 yaşlı funksioner komandamızın Avropa Çempionatına hazır olduğunu bildirib.

Qeyd edək ki, komandamız hazırlıq prosesi çərçivəsində yanvarın 17-də növbəti yoldaşlıq oyununa çıxacaq. Borglon şəhərində kolektivimiz Belçika seçməsi ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17-də start götürəcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Niderlandda təşkil olunacaq. D qrupunda qərarlaşan millimizin rəqibləri Bosniya və Herseqovina, Gürcüstan və İspaniya kollektivləridir. Futzalçılarımız ilk matçlarını yanvarın 22-də gürcüstanlı həmkarlarına qarşı keçirəcəklər. Ayın 26-dakı qarşılaşmada komandamızın rəqibi İspaniya seçməsi olacaq. Kollektivimiz qrupdakı son oyununda Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu görüş yanvarın 29-na təsadüf edəcək.

Millimiz ilk 2 matçına Qroningen, sonuncu görüşünə isə Amsterdam şəhərində çıxacaq.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən