Məhkəmə icraçılarından narazı vətəndaş - VİDEO

Məhkəmə icraçılarından narazı vətəndaş - VİDEO
Baş icra idarəsi şikayətin araşdırıldığını bildirdi

“Problem”ə üz tutan şikayətçi Famil Novruzov dələduzluq qurbanı olduğunu deyir. Elə ilk cümlədən sonra deyə bilərsiz ki, niyə bu şikayətçi polisə və ya məhkəməyə deyil, sizə üz tutub? Cavab verək: Famil Novruzov bir neçə məhkəmə prosesi keçib, nəticədə qalib gəlmiş şəxsdir. Gəlin, daha əvvələ, şikayətçinin necə aldandığına qayıdaq. Famil Novruzov qazanmaq niyyətinə düşüb. Ona görə də yaxından tanımadığı şəxs tərəfindən gələn təklifə yox deməyib. Amma çox istəyən azdan da qalar məsəlini deyəsən unudub.

Famil Novruzov pulunu istədiyi müddətdə Fuad Mahmudovun onu məhkəməyə verdiyini, guya aralarındakı müqavilənin formal olduğunu sübut etməyə çalışdığını öyrənir.

Famil Novruzovun şikayəti əsasında əvvəlcə adı çəkilən Fuad Mahmudova zəng etdik. Zəngimizə cavab verən şəxs söhbətin nədən getdiyini bilmədiyini, Famil Novruzovu tanımadığını dedi. Daha sonrakı zənglərimiz isə cavabsız qaldı.
Famil Novruzovun Saatlı rayon İcra Şöbəsinin fəaliyyətsizliyindən şikayəti əsasında Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, vətəndaşın şikayəti artıq quruma daxil olub. Şikayət əsasında araşdırma gedir. Araşdırmanın cavabı müvafiq olaraq Famil Novruzova bildiriləcək.

REAL

Digər xəbərlər
Bu gün
Dünən