”Azəriqaz"dan şikayət edən vətəndaş - VİDEO

”Azəriqaz

Quba şəhər 29-cu məhəllə adlı yaşayış masssivində yaşayan Gəray Əliyev rayon Qaz İstismar sahəsindən şikayətçidir. Şikayətə səbəb isə Quba Qaz İstismar sahəsi əməkdaşlarının ötən ilin noyabr ayında vətəndaşa yazdığı 432 manat cərimədir. Gəray Əliyevin sözlərinə görə, qeyd olunan tarixdə Qaz İstismar sahəsi əməkdaşları onun sayğacına baxış keçirib.

Şikayətçi vətəndaşın sözlərinə görə, akt tərtib edilən zaman onun anası Səbirə Əliyevanın da orada iştirak etdiyi qeyd olunub. Halbu ki, illərdir yataq xəstəsi olan anası ümumiyyətlə Quba şəhərində yaşamır.

Əgər bundan sonra da Gəray Əliyev hələ də Qaz istismar sahəsi işçilərinin fəaliyyətinin qanunsuz olduğunu hesab edirsə mütləq şəkildə məhkəməyə müraciət etməlidir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən