Qazi Özal Cəfərovun ev və əlillik problemi - VİDEO

Qazi Özal Cəfərovun ev və əlillik problemi - VİDEO
Özal Cəfərovun problemi həll edilərək ona III qrup əlillik təyin olundu

Ağcabədi rayon Sarvanlar kənd sakini Özal Cəfərov 21 yaşından bəri 5 il ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərib. Bu müddət ərzində o həm 2016-cı ildə baş verən Aprel döyüşlərində, Həm də Vətən Müharibəsində də iştirak edib. torpaqlarımızın azad olunmasında şücaət göstərən Özal Laçın uğrunda gedən döyüşlərdə yaralanıb.
Dizdən yuxarı hissəsindən qəlpə yaraları alan MÜSAHİBİMİN sol ayağı 9 ay ilizarov aparatında qalıb. Hələ də ayağındakı 6 qəlpə çıxarıla bilməyib. Həkimlərin rəyinə görə , həmin qəlpələrin çıxarılması mümkün deyil. Çünki,daha ağır nəticələrin ola bilmə ehtimalı var. Bu səbəbdən də Özal ordu sıralarından tərxis olunub.

Özalı dinlədikdən sonra DTSERA ilə əlaqə saxladıq. QıSa ARAŞDIRMADAN SONRA qurumdan müsbət cavab aldıq.Agentlikdən bildirildi ki,Vətən müharibəsi iştirakçısı Özal Cəfərov ötən ilin 29 dekabr tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Qazimizə Mərkəzi Hərbi Həkim Komissiyasının yekun şəhadətnaməsində qeyd edilən diaqnoza və əyani müayinənin nəticəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar III dərəcə əlillik təyin edilib. Ozal Cəfərov müharibə əlilləri üçün nəzərdə tutulan sosial müdafiə tədbirləri, imtiyaz və güzəştlərdən yararlanacaq.

Özal cəfərovun ev probleminə gəldikdə isə Ağcabədi RİH ilə əlaqə saxlamağa çalışdıq. Ancaq cavab ala bilmədik.Çünki,qurum məsələ ilə bağlı məlumat verməkdən imtina etdi. Qeyd edək özala rəsmi oloaraq əlillki təyin edildiyindən o artıq qazilər üçün nəzərdə tutulan mənzil növbəsinə aınacaq. Güman edək ki, növbəyə alınma prosesi də İcra hakimiyyətinin mövqe bildirməkdən imtina etməsi ilə eyni olmayacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən