Birlikdən qidalanan uğur dastanı (VİDEO)

Birlikdən qidalanan uğur dastanı (VİDEO)
Zəfərlərə şahidlik edən Azərbaycan-Türkiyə həmrəyliyi

«Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, uğurlarımızın əsas mənbəyi bizim birliyimizdir» İlham Əliyevin bu sözləri Türkiyə-Azərbaycan həmrəyliyinin əbədi rəmzinə çevrilib. Bu birlik öndərlərimizin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin ideyalarında yaşayıb və bu gün də davam etməkdədir. Tarix boyu baş verən döyüşlərdə düşmənə qarşı birgə mübarizə aparan hər iki xalq üçün Çanaqqala savaşı nə qədər unudulmazdırsa, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən Müharibəsi də bir o qədər müqəddəsdir. Əslində əsirlərə dayanan bu sarsılmaz birlik, qardaşlıq, Türkiyənin 30 il əvvəl yenicə müstəqilliyini qazanmış Azərbaycanla diplomatik əlaqələr qurması ilə daha da möhkəmləndi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işgaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi fikirlər bu birliyin, həmrəyliyin nə qədər vacib olduğunu bir daha gözlər önünə sərir:

Bu birlik qardaş Türkiyə Prezidentinin şanlı Zəfərimizin təqdimatı olan Qələbə paradında iştirak etmək üçün ölkəmizə səfərində də öz aydın ifadəsini tapıb.

Dövlət başçısı İlham Əliyev 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata, xüsusilə Türkiyənin «TRT Haber» televiziya kanalına müsahibəsində deyib:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin imzaladıqları "Şuşa Bəyannaməsi" bu əlaqələri strateji müttəfiqlik səviyyəsinə qaldırdı, daha da möhkəmləndirdi.

Regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyinin daha bir bariz nümunəsi reallaşan layihələrdir. Avropa və Asiya arasında mühüm enerji kommunikasiya dəhlizi olan Bakı-Tiflis–Ceyhan, Bakı-Tiflis-Ərzrum neft-qaz kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti, “Enerjinin İpək Yolu” kimi dəyərləndirilən TANAP, gələcəyin birlik simvolu kimi qiymətləndirilən Zəngəzur dəhlizi uğurlu əməkdaşlığımızın parlaq nümunəsi kimi dünyanın enerji, nəqliyyat xəritəsini yeniləyib, alternativ istiqamətlər üzrə xalqları birləşdirən birliyin, dostluq və qardaşlığın yenilməzlik simvoluna çevrilib.
 

Digər xəbərlər
Bu gün
Dünən