Oğurluq edən şəxslər saxlanılıb (VİDEO)

Oğurluq edən şəxslər saxlanılıb (VİDEO)
Obyektdən 5 min, evdən isə 3 min manatlıq ləvazimat oğurlanıb

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində yerləşən obyektlərdən birindən 5 min manat dəyərində metal konstruksiyalar oğurlayan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin obyektdə gözətçi işləyən əvvəllər məhkum olunmuş Muraz Süleynmanov, onun tanışları Fərid Qurbanov və Samir Dünyamalıyev tutulublar.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı rayon ərazisində yeni tikilməkdə olan evlərdən birindən ümumilikdə 3 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurlayan Novruz Hacıyev saxlanılıb.

Faktlarla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Digər xəbərlər
Bu gün
Dünən