Palçıqlı yollarla - VİDEO

Palçıqlı yollarla - VİDEO
Aidiyyəti qurum problemin tezliklə aradan qaldırılacağını vəd etdi

Xırdalan şəhər sakini “Problem” verilişinin 0555100202 nömrəli qaynar xəttinə göndərdiyi videogörüntüdə övladının təhsil aldığı məktəb yolunun təmirsiz vəziyyətdə olduğundan, yayda toz-torpaq, payızda-qışda isə palçıq içində itib batdığını bildirir. Həmçinin o, məktəb ərazisinə buraxılan avtomobillərin hərəkət etməsindən də narazılıq edir.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan sözügedən videogörüntülərin Xırdalan şəhər 2 və 9 nömrəli, həmçinin Kəlbəcər rayon 20 nömrəli tam orta tam orta məktəbin arxa həyətində qeydə alındığı deyildi.

Həmin darvazanın daim bağlı saxlanıldığı, yağışlı-qarlı hava şəraiti ilə əlaqədar olaraq isə şagirdlərin yolunu qısaltmaq məqsədilə darvazanən texniki işçilər tərəfindən qısa müddətə açıldığı bildirildi. Vəziyyətdən istifadə edən bəzi valideynlər isə məktəb həyətinə avtomobillə daxil olurlar. Məsələ ilə bağlı hər bir məktəbə müvafiq göstərişlər verilib. Yolların vəziyyəti ilə bağlı isə Abşeron Rayon Təhsil Şöbəsindən qeyd olundu ki, məktəblərin əsas giriş hissələri təmirlidir.

Arxa həyətin şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumlara müraciət edilib. Məsələnin yaxın vaxtlarda müsbət həllini tapacağı gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən