Azərbaycan-Ukrayna əlaqələri - VİDEO

Azərbaycan-Ukrayna əlaqələri - VİDEO
2022-ci il Ukrayna ilə əlaqələrdə yeni imkanlar ili olacaq

Azərbaycanla Ukrayna arasındakı əlaqələr ümumən yaxşı olsa da, inkişaf üçün hələ kifayət qədər böyük potensial var. Ötən ilin 11 ayı ərzində ölkələrimizin ticarət dövriyyəsi 925 milyon dollardan çox olub. Bu, 2020-ci ilin anoloji dövründəki 611 milyon dollar ilə müqayisədə 51,4% artım deməkdir. 2021-ci və 2019-cu illərin 11 ayını müqayisə edəndə biz ticarət dövriyyəsinin 27,4% artdığını görürük. bu fikirləri Ukrayna Ticarət Evinin baş direktoru, professor Əlibala Məhərrəmzadə deyib.

Professor həmçinin vurğulayıb ki, Ukrayna 2021-ci ilin 11 ayı ərzində Azərbaycandan 486 milyon dollarlıq neft idxal edib. Həmin dövrdə Ukraynanın ümumi neft idxalının 695 milyon dollar olduğunu nəzərə alsaq, Azərbaycanın payı 70%-ə bərabərdir. Digər vacib sahə isə nəqliyyat və logistikadır. Burada da ikitərəfli əlaqələr mühümdür, amma üçtərəfli işbirliyi qat-qat çox fayda verə bilər.

Qeyd edək ki, yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti Ukraynada işgüzar səfərdə olub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən