İ.Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə İtaliya mətbuatında işıqlandırılıb

İ.Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə İtaliya mətbuatında işıqlandırılıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibə İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Askanews”, “Agenzia Nova” informasiya agentlikləri, habelə “Nova News”, “Kmetro0”, “Il Corriere di Sicilia”, “Globus magazine”, “Yahoo Notizie”, “Yahoo finanza”, “Eurasianews” kimi küləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Məlumatlarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müsahibəsində ölkədə 2021-ci ildə iqtisadi və sosial sahədə görülmüş işlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti, Aİ-Azərbaycan münasibətləri, Avropanın enerji təchizatında Azərbaycanın rolu ilə bağlı cavabları geniş şəkildə əks olunub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən