Silah və narkotik alverçiləri saxlanılıb - VİDEO

Silah və narkotik alverçiləri saxlanılıb - VİDEO
Onlar barəsində cinayət işi başlanılıb, həbs qətimkan tədbiri seçilib

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan ke,mi. məhkum Əli Əhmədov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin, 300 qram psixotrop maddə “patı”, “şüşə” adlanan metamfetamin, 89 ədəd metadon həbi aşkar olunub. Əli Əhmədov narkotiki satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə silahlı şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İntiqam Həsənov tutulub. Onun üzərindən tapança, patron və patron darağı götürülüb.

Qeyd edək ki, İntiqam Həsənov silahı 2000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub. Əli Əhmədov və İntiqam Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

REAL


 

Digər xəbərlər
Bu gün
Dünən