Münasibətlərin 30 illiyi - VİDEO

Münasibətlərin 30 illiyi - VİDEO
Azərbaycan və Türkiyə əlaqələrin yeni mərhələsinə keçid ediblər

Azərbaycanın müstəqilliyinin bərpasından dərhal sonra ilk diplomatik əlaqələr məhz Türkiyə ilə qurulub. Bu əlaqələr hər iki ölkə arasındakı münasibətləri yeni mərhələyə keçirib. Bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə bildirib. Nazir müavini qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub. Xələf Xələfov vurğulayıb ki, Türkiyənin dəstəyi Azərbaycanın çətinliklər və təhlükələrlə mübarizəsində açar rol oynayıb. Nazir müavini çıxışında Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana qardaşlıq dəstəyi göstərdiyini, hər zaman yanımızda olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan bunu heç vaxt unutmayacaq. Vətən müharibəsində qazanılan şanlı Zəfər təkcə Azərbaycanın yox, bütün Türk dünyasının Qələbəsidir. Müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bölgədə Türkiyənin mövcudluğu gücümüzə güc qatır. Tarixi Şuşa Bəyannaməsinin imzalanması müttəfiqliyimizi daha yüksək səviyyəyə qaldırıb. Diqqətə çatdırılıb ki, diplomatik münasibətlərimizin 30 illiyi münasibətilə xarici işlər nazirləri arasında qarşılıqlı olaraq təbrik məktubları göndərilib. Xələf Xələfov bildirib ki, Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarları qardaşlığımızın mənəvi-ideoloji əsasını təşkil edir. Qeyd olunub ki, Azərbaycanın və Türkiyənin bu uğurlu müttəfiqliyi regionda müsbət dəyişikliklərin əsasını təşkil edir. Qardaş ölkələrimizin siyasi rəhbərləri hər iki xalqın istək, arzu və hədəflərinə xüsusi həssaslıq göstərirlər. Bu istiqamətdə həyata keçirilən siyasət ölkələrimizə fayda verməkdədir. Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ölkəsinin tarix boyu azərbaycanlı qardaşlarına dəstək olmağa çalışdığını bildirib. Səfirin sözlərinə görə, Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana həm mənəvi, həm də siyasi dəstəyini əsirgəmədi. Qeyd olunub ki, Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin zirvəsi oldu. Cahid Bağçı Münasibətlərimizin inkişafnın getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Çıxışlardan sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən tarixi sənədlərə və fotolara baxıblar.

REAL

Digər xəbərlər
Bu gün
Dünən