NKA-ların əhatə dairəsi genişləndirilir - VİDEO

NKA-ların əhatə dairəsi genişləndirilir - VİDEO
Vergi məcəlləsindəki dəyişikliklər ictimaiyyətin diqqətinə çatdırılıb

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanun sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi,sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması və s. istiqamətləri əhatə edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişiklikləri və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə çatdırıb.

Qanunvericiliyə edilmiş dəyişikliklərdən biri nəzarət-kassa aparatlarının (NKA) tətbiq dairəsinin genişləndirilməsi ilə bağlıdır.

Həmçinin dəyişikliklərə əsasən, tibb xidmətlərinə "ƏDV geri al" mexanizmi tətbiq ediləcək, eyni zamanda cari ilin yanvarın 1-dən avtomobillər, oktyabrı 1-dən isə alkoqollu içkilər və tütün məmulatlarının alışına bu xidmət aid olunmayacaq.

Qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər, pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində 4000 manatdan çox olan ödənişlər 2022-ci il yanvarın 1-dən yalnız nağdsız qaydada həyata keçirilməlidir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən