Saxta qazilərə qarşi mübarizə tədbirləri - VİDEO

Saxta qazilərə qarşi mübarizə tədbirləri - VİDEO
"Müharibədə iştirak etməyənlərin qanunsuz əməlləri ifşa olunacaq"

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirildi.

Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışmasına ictimaiyyətdə fəal reaksiya olduğunu, həmçinin bu cür şəxslərin qanunsuz əməllərinin ifşa olunmalarınının zəruriliyini bildirdi.

Onun sözlərinə görə, bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır.

Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları dövlətin onlara olan diqqət və qayğısından bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini qeyd etdilər. Həmin şəxslərin qazi adından istifadə edərək təxribat törətməyə çalışdıqlarını bildirdilər.

Konfransın sonunda tədbir iştirakçılarına üz tutan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova qaziləri dövlət başçısının ətrafında sıx birləşməyə, dövlətimizin daha da güclənməsi prosesində aktiv iştirak etməyə səslədi.

REAL

Digər xəbərlər
Bu gün
Dünən