Beton kanallar təmir olunur - VİDEO

Beton kanallar təmir olunur - VİDEO
Göyçayda suvarma mövsümünə hazırlıq işləri aparılır

Göyçay rayonunda 26448 hektar əkin sahələrinin suvarılması üçün 3 su mənbəyindən istifadə edilir. Göyçay çayı vasitəsilə 7069 ha, Yekəxana su anbarı vasitəsilə 1607 hektar və Yuxarı Şirvan Kanalı vasitəsi ilə 17772 hektar sahə suvarılır. İdarə tərəfindən su itkisinin qarşısının alınması və uzun müddət istismar olunan beton kanalların əsaslı təmir olunaraq yenidən fermerlərin istifadəsinə verilməsi istiqamətində xeyli işlər görülüb. Belə ki, Yekəxana su anbarından təsərrüfatlara suyu çatdıran Qarayazı beton kanalının yararsız hissələri qazılıb çıxarılaraq yerinə yeni beton kanal çəkilib.

İdarə tərəfindən ötən ildə 80 ədəd hidrotexniki qurğuda cari təmir işləri aparılıb. Ayrı – ayrı mənbələrdən suvarma suyunu götürərək su istifadəçilərinə çatdırılması məqsədi ilə Göyçay Suvarma Sistemləri idarəsinin balansında olan 205,8 km təsərrüfatarası kanal və 1516 km təsərüfatdaxili kanallardan istifadə olunur. Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il 1056 min m3 həcmdə yəni 528 km məsafədə lildən təmizləmə işləri aparılıb.

Qeyd edək ki, 2021-ci ildə Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən tədbirlər planına uyğun olaraq 672 min m3 həcmdə Göyçay çayının məcrasında məcra təmizləmə işləri aparılıb. İdarədənin açıqlamasına əsasan, bu il, suvarılmanın mütəşəkkil aparılması üçün hazırlıqlar davam edir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən