Urfan Abbasovun vəziyyətinə aydınlıq gəlib

Urfan Abbasovun vəziyyətinə aydınlıq gəlib

“Qəbələ” klubunun zədəli futbolçusu Urfan Abbasovun son durumu açıqlanıb. Bu barədə “qırmızı qaralar”ın baş meneceri Nail Kərimov açıqlama verib. O, həmçinin, “Səbail”də çıxış edən və Yunanıstanın “Olimpiakos Volos” klubuna keçəcəyi gözlənilən Turan Manafovla bağlı danışıqlar apardıqlarını da söyləyib.

Qeyd edək ki, 14 turdan sonra Azərbaycan Premyer Liqasında 2-ci pillədə qərarlaşan “Qəbələ” klubu yeni əməkdaşlıq müqaviləsi imzalayıb. “Qırmızı qaralar” təmsilçisi özəl klinikalardan biri ilə 1,5 illik anlaşmaya qol qoyub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən