"Qarabağ" 2022-yə heç-heçə ilə başladı

Mövsümün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” yoxlama görüşü keçirib.

Konfrans Liqasındakı təmsilçimiz Antalyadakı ilk matçında çıxıb.

Qurban Qurbanovun yetirmələri “Qaz Metan”ı sınağa çəkib. Rumıniya klubu ilə qarşılaşma “Gloria Sports Arena”da baş tutub. Oyun qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki "Qarabağ" Antanyada yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.

Yanvarın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komanda Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək.

Ağdamlılar ayın 26-da vətənə qayıdacaq.

REAL

Digər xəbərlər
Bu gün
Dünən