Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

"Report" xəbər verir ki, "Brent" markalı neftin qiyməti oktyabrın 27-dən bu günə qədər ilk dəfə olaraq bir barel üçün 86 ABŞ dollarına çatıb.

Mart fyuçerslərinin qiyməti 1,74% artaraq bir barel üçün 85,94 ABŞ dolları təşkil edib.

WTI neftinin də fevral fyuçersləri 2,12% artaraq 83,86 ABŞ dolları olub.

Qiymət artımı dolların ucuzlaşması fonunda qeydə alınıb. Həftənin əvvəlindən dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,5% dəyər itirib, göstərici isə ardıcıl 4-cü həftədir ki, enir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən