Vunqtau küçəsinin həll olunmayan problemi - VİDEO

Vunqtau küçəsinin həll olunmayan problemi - VİDEO
Problemə aidiyyəti qurumdan münasibət bildirildi

Problemə müraciət edən Xətai rayonu Vunq Tau küçəsində yaşayan sakinlərin şikayəti istiliklə bağlıdır. Xatırladaq ki, ötən il də verilişimizə eyni şikayətlə müraciət edən sakinlər yenidən soyuq, qarlı havalarada dəyişilməyən problemlə üz-üzə qalıblar. Onlar bildirir ki, üzləşdikləri problem haqqda aidiyyəti orqanlara istər yazılı istərsə də şifahi müraciət etsələr də məsələ həllini tapmır. ilbəil qarşılaşdıqları həlli müşkül görünən bu halı köhnəlmiş borularla əlaqələndirərək onların bu gileyinin köklü şəkildə həllinin əsaslı təmirdən keçdiklərini düşünürlər. şikayətçi Ramiz Mehdiyev iddia edir ki, Bir neçə vaxt öncə İstilik paylanan borular elə İstilik idarəsi tərəfindən kəsilib. Baş verən hadisəyə sakinlərin narazılığı zamanı isə idarə tərəfindan cavab verilib.

Şikayətçilər deyir ki, bir neçə il öncə problemin həlli üçün rayon icra hakimmiyyətinə də müraciət olunub. Bu zaman qurumdan sakinlərə müsbət cavab gəlsə də, istilik idarəsi tərəfindən əməli tədbirlər görülməyib. Həmçinin oradan bildirilib ki, haqqında şikayət olunan ünvanlar idarənin balansında deyil.

REAL

Digər xəbərlər
Bu gün
Dünən