Fransa açıq havada maska ilə gəzmək qərarını ləğv edib

Fransa açıq havada maska ilə gəzmək qərarını ləğv edib

Fransa administrasiyası tribunalı paytaxt Parisdə koronavirusa qarşı profilaktik tədbir olaraq qəbul edilən əhalinin açıq havada da maska ilə gəzməsi məcburiyyətini ləğv edib.

Bu barədə qərar 31 dekabrdan tətbiq edilirdi.

Rəhbərlik virusun omikron ştamı ilə mübarizəni gücləndirmək məqsədilə belə bir qərar qəbul etmişdi.

Paris sakinləri məcburiyyətin aradan qaldırılmasını sevinc hissi ilə qarşılayıblar.

Versal sarayı daha əvvəl Parisə qonşu olan İvelin departamentində də bu məcburiyyəti dayandırıb.

Qeyd edək ki, Fransada əhalinin 75 faizi virusa qarşı tam doza ilə peyvənd olunub. 79 faiz əhali ən az bir doza vaksin qəbul edib.

Fransada 13.5 milyondan çox insanda virusa yoluxma müəyyən edilib.

126 mindən çox insan virusdan ölüb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər