"Əlaqələrdə çox ciddi irəliləyiş var" - VİDEO

Azərbaycan və Ukrayna bir-birinin suverenliyini hər zaman dəstəkləyir

Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır". Ukrayna və Azərbaycan hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib.

Bu fikirləri Ukraynada işgüzar səfərdə olan Prezident İlham Əliyev mətbuata bəyanatında söyləyib.

“Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”.

Prezidenti İlham Əliyev Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin yaxın gələcəkdə 1 milyard dollara çatacağını deyib.

“Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir”

Prezident Volodemir Zelenski Prezident İlham Əliyevə Ukraynanın suverenliyini dəstəklədiyinə görə təşəkkür edib. Azərbaycan ilə Ukrayna arasında güclü strateji tərəfdaşlığın qurulduğunu deyən Prezident Zelenski iki ölkə arasında ticarət dövriyyəsinin daha da böyüməsi, qarşılıqlı investisiyaların artması və irimiqyaslı layihələrin həyata keçirilməsinin əsas hədəf olduğunu bildirib. Ukrayna Prezidenti həmçinin ölkələr arasında tranzit potensialının, o cümlədən avtomobil və dəmir yolu daşımalarının artırılmasının mümkünlüyünü qeyd edib.

Energetika sahəsində də yeni planların olduğunu deyən Prezident İlham Əliyev bu planların tezliklə reallaşacağına əminlik ifadə edib.

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir: “Şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur."

Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün zəmin yaratdığını deyən Dövlət baçısı bu istiqamətdə görüləcək işlərin Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb etdiyni deyib.

Volodemir Zelenski Ukraynanın həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikridə olduğunu bildirib.

Dəvətə, qonaqpərvərliyə görə təşəkkürünü bildirən Dövlət başçısı Prezident Zelenskini Bakıya səfərə dəvət edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən