Azərbaycan neftinin qiyməti artıb - VİDEO

Azərbaycan neftinin qiyməti artıb - VİDEO
"Azeri Light" markalı neft 1,1 faiz artaraq 89,12 dollar olub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1 ABŞ dolları, yaxud 1,1 % artaraq 89,12 ABŞ dollara çatıb.

İqtisadçı-ekspert Xalid Kərimli REAL-a açıqlamasında bildirdi ki, Azərbaycan neftinin dünya bazarında qiymətinin artımla müşahidə olunması milli iqtisadiyyatımızın inkişafı nöqteyi-nəzərindən müsbət dəyərləndirilir.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.

Digər xəbərlər
Bu gün
Dünən