Atanın qəza törətməsi oğlunun ölümü ilə nəticələndi - VİDEO

Atanın qəza törətməsi oğlunun ölümü ilə nəticələndi - VİDEO
8 yaşlı uşaq yol qəzasında öldü

Ağcabədidə azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

32 yaşlı Vəliyev Etibar Zalış oğlu VAZ 2106 maşını ilə hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb və avtomobil aşıb. Nəticədə maşında olan sürücünün 8 yaşlı oğlu Vəliyev Zalış Etibar oğlu aldığı xəsarətlərdən ölüb.

Xəstəxanaya gələn kənd sakinlərinin sözlərinə əsasən, sürücü Etibar Vəliyevin qəzanı törətməmişdən əvvəl içki məclisində olduğu və avtomobili içkili halda idarə etdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən