Ən çox izlənən videolar

15 mərtəbəli binanın 17-ci mərtəbəsi - VİDEO

Son günlər Günəşli qəsəbəsində 200 ailənin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi müzakirələrə səbəb olub. Görüntülərdən də aydın olduğu kimi, 15 mərtəbəli yaşayış binanın üzərində əlavə olaraq iki mərtəbənin tikilməsi üçün işlər aparılır. Həm də, tikinti işlərini aparan şirkət bunu qanunsuz edir.

Bizdə hadisə yerinə gedərək məsələ ilə bağlı aidiyyəti qurumların münasibətini öyrəndik.

FHN-in rəsmisi Elxan Əsədov bildirdi ki, 2008-ci ildən sakinlərin istifadəsinə verilsə də, binanın istismarına dövlət tərəfindən icazə verilməyib.

Binada yaşayan sakinlər də öz narazılığını bildirdilər.

Real görünən odur ki, qanunsuz aparılan tikinti təhlükə mənbəyidir. Aidiyyəti qurumlarda sakinlərin təhlükəsizliyini təmin etmək üçün söküntü işlərinə yaxın günlərdə başlayacaq.


 

Bu kateqoriyadan digər videolar
Digər videolar