Ən çox izlənən videolar

“Neftçilər günü“ - VİDEO

Sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı təqdim olundu.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış etdilər.

Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səsləndi.

Konsert Üzeyir Hacıbəyli “Koroğlu” operasından “Uvertüra” ilə başladı. Daha sonra “Koroğlu” operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin “Daisi” operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bey Kaptanzadənin “Efem” türküsü (solist Levent Gündüz) səsləndi.

Bu kateqoriyadan digər videolar
Digər videolar