Ən çox izlənən videolar

Soydaşlarımız vətəndə - VİDEO, FOTOLAR

Bəli, nə az, nə çox düz 250 nəfər qanı qanımızdan, canı canımızdan olan soydaşımız... Onlar artıq xeyli vaxtdır ki, koronavirus pandemiyasının dünyada və ölkəmizdə yaratdığı xüsusi rejimlə əlaqədar sərhədin o tayında, daha dəqiq desək, Şimal qonşumuz olan Rusiyanın ərazisində qalaraq vətənə qayıda bilmirdilər. Bu gün isə onlar dövlətimiz tərəfindən, öz ata-baba torpaqlarına gətirildi. Həmyerlilərimiz avtobuslar vasitəsilə növbəli şəkildə qruplarla, sərhəddən keçirildilər.



Hərarət ölçüldü. İndi isə vətəndaşlarımız yollanır passportların yoxlanılmasına. Yük və əşyalara gömrük baxışı keçirildikdən sonra isə, hər kəsi aparırlar koronavirus testi verməyə...



TƏBİB və FHN-nin ixtisaslaşmış və peşəkar həkimləri tərəfindən ölkəyə gətirilən vətəndaşlarımızın növbəti dəfə hərarəti ölçülür və COVID-19 testi götürülür. Hər kəsdən tək-tək yaxmalar götürüldükdən sonra isə, hər kəs yollanır düşərgəyə...


Bura FHN-nin ölkəyə gətirilən soydaşlarımızı müvəqqəti qonaq etmək üçün saldığı düşərgədir. Nazirliyin və Mülki müdafiə qoşunlarının şəxsi heyyəti burda onlar üçün hər bir şərait qurub. Zabit və əsgər heyyəti öz soydaşlarına sevərək xidmət edir. İndi isə nahar vaxtıdır. İnsanlarımızın simasında yorğunluqla yanaşı həmdə qürur, sevinc hissi əks olunur.



Bəli artıq reportajımızın sonuna yaxınlaşırıq, nahar yeməyindən sonra soydaşlarımız bu çadırlara yerləşdilər.



Xatırladaq ki, karantin müddəti bitdikdən sonra test nəticələri neqativ çıxan şəxslər evlərinə, öz ailələrinin yanına göndəriləcəklər.

Bəli buda son, sizə valideyn-övlad münaisbətlərinin bariz nümunəsini təqdim etdik. Hazırki vəziyyətdə valideyn məsuliyyəti dövlətin üzərinə düşür və o öz övladına yəni vətəndaşına artıqlaması ilə qayğı göstərir və onun dərdinə şərik olur. O ki qaldı övladın üstünə düşən vəzifəyə, ümid edirik ki, Azərbaycan vətəndaşlarının hər biri, öz valideyni olan dövlətinə xeyirli övlad olacaq.

Biz birlikdə güclüyük!

Bu kateqoriyadan digər videolar
Digər videolar