Ən çox izlənən videolar

Baş Prokurorluğun məlumatı - VIDEO

Baş Prokurorluq iyulun 14-dən 15-ə keçən gecə Bakıda ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi ilə müşayiət olunan məlum aksiyada saxlanılan şəxslərə qarşı açılmış cinayət işi üzrə zəruri istintaq tədbirlərinin həyata keçirildiyini bəyan edib.Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin qeyd olunur ki, 14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib.

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin guya qanunsuz olaraq saxlanılması, həyata keçirilən prosessual hərəkətlər zamanı hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar