Ən çox izlənən videolar

Ümumavropa Qarabağ mitinqi keçiriləcək - VİDEO

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumavropa Qarabağ mitinqi keçiriləcək. 

Ümumavropa Qarabağ mitinqinin təşkilatçilarından olan Ayxan Dəmirçi Belçikada fəaliyyət göstərən erməni lobbisi tərəfindən bu cür mitinqlərə görə təhdid olunduqlarını bildirib. 

Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq. Mitinq ərzində yerli sakinlərə, turistlərə broşürlər paylanacaq. Aksiya yerli vaxtla saat 14.00-da başlayacaq.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar