Ən çox izlənən videolar

Səhiyyəmizə şimal-şərqdən baxış - VİDEO

Qəbələ rayonunda yeni xəstəxana binası inşa edilir. 2020-ci ilin əvvəlində təhvil verilməsi planlaşdırılan xəstəxana müasir tibbi avadanlıqlarla təchiz ediləcək. Hələlik rayon mərkəzi xəstəxanası inşasına 1985-ci ildə başlanılan binada yerləşir. 1998-ci ildə tam olaraq istifadəyə verilən xəstəxana binasında vaxtaşırı restavrasiya işləri həyata keçirilib. Səhiyyə Nazirliyinin Qəbələ rayonuna təşkil etdiyi mediaturda bu barədə məlumat verildi. Bundan başqa, bildirildi ki, bölgələrdə yerləşən xəstəxanaların 2020-ci ildə problemsiz icbari tibbi siğorta sisteminə keçidi üçün də imkanları genişləndirilir. 

Rayonda yeni doğulan körpələrlə bağlı maraqlı statistika var. Belə ki, rayonda doğulan uşaqların 55 faizi oğlandır. Son iki ildə yeni ana olmağa hazırlaşan xanımların xəstəxanada fəaliyyət göstərən qadın məsləhətxanası şöbəsinə müraciəti isə artıb. Doğuş prosesində yalnız olmaq istəməyən anaların sayında da artım var. Bunun üçün rayon mərkəzi xəstəxanasinda fərdi doğum otaqları mövcuddur. 

Nikahdan öncə tibbi müayinələrdən keçidlə bağli gələn cütlüklərin sayında da artım müşahidə edilir. 

Bu kateqoriyadan digər videolar
Digər videolar