Ən çox izlənən videolar

Güləş üzrə ölkə birinciliyi başlayıb (VİDEO)

Sərhədçi Olimpiya idman mərkəzində güləş üzrə Azərbaycan birinciliyinə start verilib.

Reqlamentə əsasən ilk yarış günü yeniyetmə klassiklər xalça üzrəinə dəvət olunub. Çəkisi 45 kq-a qədər olan güləşçilərin mübarizəsi Təvəkkül Həziyevin zəfəri ilə yekunlaşıb.

Yalnız finalda məğlub olmuş Fərid Sadıqlı gümüş medala yiyələnib. Üçüncü yeri Sumqayıt və Lənkəran idmançıları tutub. Söhbət İsaməddin İsgəndərovla Ramal Nəzərlidən gedir.

Lokomotiv klubunun yetirməsi Məlik Əliyev 48 kq-da birinciliyi bayram edib. Lənkəran güləşçisi Məhəmməd Şükürzadə yarışın gümüş mükafatına sahib çıxıb.

Cavidan Məmmədli və Fərid Baxışlı fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Federasiyanın yunan-roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun sözlərinə görə birincilikdə fərqlənəcək güləşçilər yığma komandanın heyətində təlim-məşqlərə cəlb olunacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar