Ən çox izlənən videolar

Cüdoçularımız Polşaya yollanır (VİDEO)

Cüdoçularımız Polşada təşkil olunacaq açıq Avropa turnirində mübarizə aparacaq. Yarışda ölkəmizin idman şərəfini 19 həmyerlimiz qoruyacaq.

Məşqçilər heyəti 60 kq-da 4 cüdoçuya şans verəcək. Bu çəkidə Balabəy Ağayev, Davud Məmmədsoy, Oruc Vəlizadə və Əhməd Yusifov qüvvəsini sınayacaq. İbrahim Əliyev, İlkin Babazadə, Mehman Sadıqov və Nurlan Osmanov ağırlığı 66 kq-a qədər olab cüdoçularla üz-üzə gələcək.

73 kq-da 2 həmyerlimiz müdallara iddialıdır. Söhbət Kərim Allahverdiyevlə, Kənan Quluzadədən gedir. 81 kq çəki dərəcəsində 4 cüdoçumuz tatami üzərinə çıxacaq. Bu çəkidə Afiq Səfərli, Fəqan Quluzadə, Araş Ağayi və Naim Hüseynov ümidləri doğrultmağa səy göstərəcək.

90 kq-da yeganə təmsilçimiz Qurban Qurbanov olacaq. Kərim Abdullaxanlı ağırlığı 100 kq-a qədər olan rəqibləri ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ən ağırların yarışında Rüstəm Kotsoyev, Şahin Qəhrəmanov və Ayxan Cəfərova etimad göstəriləcək. Varşava şəhərində təşkil olunacaq qitə birinciliyində 35 ölkədən 291 cüdoçu mübarizə aparacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar