Ən çox izlənən videolar

AAYDA sədri Babək prospektinin təmiri ilə bağlı ittihamlara cavab verdi - VİDEO

AAYDA Bakının Babək prospektinin təmiri ilə bağlı səslənən ittihamlara münasibət bildirib

Bakının Nobel prospektinin gələn il yenidən qurulması planlaşdırılır. Bu barədə jurnalsitlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

"Bununla bağlı konkret plan var: "Nobel prospektinin yenidən təmir olunması və burada əvvəlcədən nəzərə alınmayan intensivliyin aradan qaldırılması planda nəzərə alınacaq”.

Saleh Məmmədov Babək prospekti ilə bağlı son zamanlar sossial şəbəkələrdə mediada yayılan xəbərlərə də münasibət bildirib.


“Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb, 1996-98-ci illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, Prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik. Orda müəyyən aşınmaya məruz qalmış hissələr yenidən bərpa olunub və asfalt vurulub. Lazım olan yerlərdə yol genişləndirilib, Bakı Nəqliyyat Agentliyinin verdiyi plana uyğun avtobus dayanacağı və ikitərəfli avtobus hərəkətinin tənzimlənməsi üçün yol xətti çəkilib. Bəzi insanlar Azərbaycanın inkişafını istəmirlər, quruculuq və abadlıq işlərinə kölgə salırlar. Əgər onlar bu inkişafı görmək istəmirlərsə, demək azərbaycanlı deyillər", - sədr qeyd edib. 

Bu kateqoriyadan digər videolar
Digər videolar