Fevralın 21-də Sumqayıt şəhərində baş verən ağır yol qəzasında xəsarət alanların vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyi REAL-a açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, yaralılardan 12 nəfəri evə buraxılıb. 19 nəfərin müalicəsi davam etdirilir.