Ən çox izlənən videolar

Kikboksçular hazırlığı davam etdirir (VİDEO)

Yeniyetmə və gənc kikboksçular Azərbaycan birinciliyinə hazırlığı Saray qəsəbəsində davam etdirir. Respublika miqyaslı yarışa paytaxt idmançıları ilə yanaşı, ayrı-ayrı bölgələrdən kikbokçsçular qatılacaq. Məşqlər Daxili İşlər Nazirliyi idman cəmiyyətinin və Uraqan klubunun məşqçisi Muxtar Allahyarov və Elnur Cəfərovun rəhbərliyi altında davam edir. Muxtar Allahyarovun sözlərinə görə qarşıya qoyulan əsas məqsəd gənc və yeniyetmələri döyüşkən ruhda tərbiyə etmək və yığma komandaya layiqli idmançı yetişdirməkdir.

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş xatirə turnirində qızıl medal qazanmış İbrahim Məmmədov uğurlarını davam etdirmək niyyətindədir. Yarışqabağı hazırlıqların önəmli olduğunu deyən idmançı yalnız çempioluğa köklənib. 

Qeyd edək ki, ölkə miqyaslı yarışda fərqlənəcək kikboksçular İrlandiya, Almaniya və Latviyada təşkil olunacaq beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini qoruyacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar