Ən çox izlənən videolar

Təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var - YENİLƏNİB

Təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var - YENİLƏNİB

Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

ONA-nın məlumatına görə, qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

***

14:00

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.

Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib. 

Bu kateqoriyadan digər videolar
Digər videolar