Ən çox izlənən videolar

Yaşayış binasında yanğın olub - VİDEO

Bakı şəhərinin Yasamal rayonunda Nizami metro stansiyası yaxınlığında çoxmərtəbəli binanın 9-cu mərtəbəsində mənzil yanıb. 

Hadisə bu gün 11:50 radələrində rayonun Balababa Məcidov 40 ünvanında yerləşən hündürmərtəbəli binada baş verib. İlkin məlumatlara görə yanğın mənzilin yataq otağında qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda baş verən hadisə ilə bağlı verdiyi məlumatda bildirilir ki, Nazirliyin 112 qaynar xəttinə məlumat 12:04-də daxil olub.

Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müfaviq xilasetmə qüvvələri cəlb olunub. Yanğının evin digər otaqlara keçməsinin qarşısı alınıb.Təxminən 20 dəq davam edən yanğın söndürülüb.

Hadisənin səbəbləri araşdırılır. 

Xatırladaq ki, hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar