Ən çox izlənən videolar

Milli Qurtuluşa gedən yol - VİDEO

Milli qurtuluşa aparan yol bizi tariximizi düz 26 il əvvələ vərəqləməyi diqtə edir.

1993-cü ilin iyun ayına. Məhz bu tarixdə Müstəqilliyini yenicə bərpa edən Azərbaycan xalqı Sovet Rusiyasının əsarətindən qurtulduğu üçün sevinməyə macal tapmamış fəlakətə sürüklənmişdi. Ölkə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqın taleyi yalnız öz maraqlarını güdən, kreslo davasına çıxan naşı adamlara tapşırılmışdı. 1993-cü ilin 4 iyun hadisələri Gəncədə baş verənlər ölkədə vəziyyətin təhlükəli həddə çatmasının əsas sübutudur. O vaxtkı hakimiyyətin səriştəsizliyi, baş alıb gedən siyasi xaos ölkəni vətəndaş müharibəsi ilə qarşı-qarşıya qoymuşdu. 

AXC-Müsavat iqtidarına qarşı mübarizə aparan Surət Hüseynovun silahlıları insanları döyür, söyür, təhqir edir, dövlət strukturlarını talan edirdilər. Gəncə və ətraf rayonlarda əhali təşviş içərisində idi. güc strukturları ilə başlanan qarşıdurmalar zamanı günahsız insanların qanı axıdılırdı. 

İndi gəncə hadisələrindən söz düşəndə Azərbaycanı məhvə aparan o vaxtki hakimiyyətdə təmsil olunanlar günahı bir-birinin üzərinə atsalar da, tarixi faktlar hər şeydən xəbər verir. Surət Hüseynovun girov götürdüyü o vaxtkı dövlət rəsmilərindən AXC hakimiyyətinin baş prokuroru olan İxtiyar Şirinov da bu günlərdə açıqlama verib ki, o Əbülfəz Elçibəyin həbsinə sanksiya verməyib. 

“Prezidentin həbsinə sanksiyanı Nemət Pənahlı, Əli Ömərov və Surət Hüseynov birlikdə hazırlayıb. Bu saxta sənəd idi və bu barədə məhkəmənin qərarı da var. Məhkəmə qərarı ilə bəyan olunub ki, İxtiyar Şirinov sanksiya haqqında qərar verməyib. Mən Əli Ömərovu bu böhtana görə məhkəməyə verdim. Məhkəmə də qərar çıxardı ki, İxtiyar Şirin Əbülfəz Elçibəy haqqında sanksiya verməyib. Əli Ömərov dəstəsi ilə bu qərarı ləğv etdirmək üçün Ali Məhkəməyə qədər getdi. Amma Ali Məhkəmə yerli məhkəmənin qətnaməsini qüvvədə saxladı”

Həmin dövrdə Gəncənin nəqliyyat prokuroru olan Əli Ömərov İxtiyar Şirinovun ittihamlarını əsassız hesab edir. Sitat: " Bu adamın danışdıqları, gətirdiyi faktların hamısı yalan, böhtandır. Mən belə cılız adamın ittihamlarına cavab vermək istəmirəm". 

İxtiyar Şirinov həmçinin iyun hadisələri zamanı müxalifət partiyası olan AMİP-in lideri Etibar Məmmədovu da dövlət çevrilişində günahlandırıb. O Bildirib ki, AMİP dövlət çevrilişində iştirak edib, Surətlə birlikdə addımlayıb.

1993-cü ilin iyununda ana müxalifət partiyası sayılan AMİP-in lideri Etibar Məmmədov isə İxtiyar Şirinovun ona qarşı dediklərinə belə cavab verdi: O, Surət Hüseynovun bir şilləsi ilə prezidentin həbsinə imza atan adamdır. Onun dedikləri tamamilə absurddur.

Qeyd edim ki, əvvəllər də Etibar Məmmədov mətbuat konfransı keçirərək bildirmişdi ki, Surət Hüseynovun əlində girov saxlanılan respublika prokuroru İxtiyar Şirinov Azərbaycan Cinayət Məcəlləsinin 167, 102 və 117-ci maddələri ilə prezidentin həbsinə order imzalayıb. 

Göründüyü kimi siyasi böhranın olduğu o dövrlə bağlı ittihamlar, "günah məndə deyil filankəsdə idi" fikirləri bitmək bilmir. Ölkəni qurtarmaq üçün Əsas seçimi isə xalq etdi. məhz belə bir çətin dönəmdə öz qurtuluş yolunu seçdi. Böyük siyasi lider, Azərbaycanın müstəqilliyinin qarantı o zaman Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev xalqın səsinə səs verib Bakıya qayıtdı. "Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək” söyləyən Ulu Öndər Gəncəyə yollanmaqla əsl həqiqəti öyrənməyə çalışdı. Onun səyi ilə Gəncədə qiyam yatırıldı. Azərbaycan xalqının təkidi ilə heydər Əliyev Milli Məclisin sədri, daha sonra isə Prezident seçildi.

Bununla da Azərbaycan özünün yeni tarixinə - inkişaf və tərəqqi dövrünə qədəm qoydu.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar