Ən çox izlənən videolar

129 illik “yaşayış binası“ - VİDEO

İzlədiyiniz bu görüntülər REAL TV-nin 055-510-02-02 nömrəli qaynar xəttinin vatsap ünvanına göndərilib.

Real vəziyyəti öyrənmək üçün görüntülərin çəkildiyi ünvana - Suraxanı rayon Əmircan qəsəbi Zahid Əliyev küçəsində yerləşən 1 nömrəli binaya yollandıq. 

Sakinlərinlərin dediyinə görə bina bu vaxtadək təmir olunmayıb və bu şəraitsiz vəziyyət hər kəs üçün problem yaradır.

Binanın yararsızlığından Suraxanı rayon 3 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində də xəbərdardılar. Bildirildi ki, 1 saylı bina artıq qəzalı binalar siyahısına da daxil edilib və lazım olan qurumlara bu haqda məlumat göndərilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan bina qəzalı binalar siyahısında yoxdur və bina ilə bağlı bizə müraciət olunmayıb.

FHN-nin mətbuat xidməti də oxşar cavabı verdi. Bildirildi ki, Nazirliyə bu məsələ ilə bağlı nə MKTB –dan, nə də Suraxanı RİH-dən heç bir bir məlumat daxil olmayıb.

Biz gördük və göstərdik. Yəqin ki, aiddiyyatı qurumlar müvafiq tədbirlər görəcək. Hər halda, məsələni diqqətdə saxlayacağıq.

Bu kateqoriyadan digər videolar
Digər videolar