Ən çox izlənən videolar

Azərbaycana yatırılan investisiyalar - VİDEO

Avropa İttifaqı tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 33 milyard dollardan çoxdur.
bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələrinə yatırdığı investisiyalar təxminən 15 milyard dollar təşkil edir.

Ş.Mustafayev əlavə edib ki, Aİ və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və Azərbaycanın Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır. Belə ki, Aİ-nin Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda Aİ-dən olan 1600 şirkət fəaliyyət göstərir.

Qeyd edək ki, V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda təxminən 1000-ə yaxın şirkət və nümayəndə iştirak edir.

Bu kateqoriyadan digər videolar
Digər videolar