Ən çox izlənən videolar

Şah-ın 5-ci məğlubiyyəti - VİDEO

Norveçdə "Norway Chess" turniri davam edir.

Stavanqer şəhərində reallaşan yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 7-ci turda məğlubiyyətlə üzləşib.

Qorssmeysterimiz bu dəfə çinli Din Lijenə 0:2 hesabı ilə uduzub.

Digər qarşılaşmalara gəlincə, fransalı Maksim Vaşye-Laqrav rusiyalı Aleksandr Qrişuku 1,5 0,5 xal hesabı ilə üstələyib.

Dünya tacının sahibi norveçli Maqnus Karlsen ABŞ təmsilçisi Uesli Soya, Digər amerikalı şahmatçı Fabiano Karuana isə hindistanlı Vişvanatan Ananda eyni hesabla qalib gəlib. Beləliklə, yeddi turdan sonra turnirə 11 xalla Karlsen liderlik edir.

Aktivində 5 xal olan Məmmədyarov 9-cu pillədə qərarlaşıb. Şəhriyar 8-ci turda Uesli So ilə qarşılaşacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar