Ən çox izlənən videolar

Baş planın hazırlığında yeni mərhələ - VİDEO, YENİLƏNİB

Qeyd edək ki, Bakı şəhərinin baş planının hazırlanması işində əsas baza olaraq paytaxtın bütün daşınmaz əmlakları haqqında kadastr məlumatları vacib rol oynayır.

ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin rəis müavini Ramiz Quliyev məhz bu məlumat bazasının təqdimatından sonra paytaxtın baş planı ilə bağlı sistemli tərtibat işlərinə başlanılacağını bildirir.

Bakı şəhərinin baş planının hazırlanması üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi olan almaniyanın “AS+P” şirkəti ilə 6 milyon 391,2 min ABŞ dolları məbləğində satınalma müqaviləsi bağlanıb. Baş planın uğurlu qlobal təcrübəyə əsaslanaraq hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmçinin dünyanın nüfuzlu "Boston Konsaltinq" qrup şirkətini də bu işə cəlb edib.

Baş planla bağlı ediləcək dəyişikliklər sırasında Papanin, “Xutor” kimi ərazilərlə bağlı hansı qərar verilməsinə gəlincə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bununla bağlı təkliflərin hazırlandığını bildirdi.

Həm dövlət qurumlarının və beynəlxalq şirkətlərin birgə faliyyəti nəticəsində Bakının baş planının hazırlanması işinin 2021-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.

 

*****

14:22

ƏMDK yanında xidmətin rəis müavini Ramiz Quliyev mövzu barədə danışıb

Bu kateqoriyadan digər videolar
Digər videolar