Ən çox izlənən videolar

Zəhərlənənlərin sayı 20-ə çatıb - VİDEO

Şirvanda toy məclisində baş vermiş insidentlə bağlı hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb olunub. Kütləvi zəhərlənməyə səbəb olmuş vasitələrdən nümunələr götürülüb.

REAL xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralıların sayı 19 nəfərdir. Onlardan 13 nəfəri qadın, ikisi isə azyaşlıdır.

Hazırda zəhərlənmiş şəxslərə Şirvan və Hacıqabul xəstəxanalarında tibbi yardım göstərilir.

 

*****

21:40

Şirvanda toy mərasimi zamanı tüstüdən zəhərlənənlərin sayı artıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, hazırda xəstəxanaya 14 nəfər yerləşdirilib.

Onların "Yeganə" şadlıq sarayında istifadə edilmiş tüstü yayan pirotexniki vasitədən zəhərləndiyi deyilir.

 

****

20:51

 

Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

REAL APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktın təfərrüatları araşdırılır.

Bu kateqoriyadan digər videolar
Digər videolar