Ən çox izlənən videolar

Şən Bakılı oğlan - VİDEO

Anar Məmmədxanov 1970-ci ilin bu günü Bakıda anadan olmuşdu. Hamı kimi şən, qayğısız. 

Çoxları onu "Bakılı oğlanlar" komandasının kapitanı kimi tanıyırdı. Amma Anar qısa ömrünə çox önəmli titullar və vəzifələr daşıya bildi. Üç çağırış Milli Məclisin deputatı oldu. 

İxtisasca riyaziyyatçı olsa da, üzü və özü rəsmiyyətdən kənar idi. O, 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olmuşdu. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü, 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti idi. Ən başlıcası O yaxşı insandı. 

Təəssüf ki, həyat onu aldada bildi. Anar Məmmədxanov cəmi 41 yaşında onu sevənləri tərk etdi. Xatirəsi isə bir ömür boyu ürəklərdədi.

Bu kateqoriyadan digər videolar
Digər videolar