Ən çox izlənən videolar

Sarı zolaq qadağası - VİDEO

Bakıda Avropa Gənclərinin Olimpiya Festivalı BAŞLAYIR. Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır  və sarı zolağa daxil olmamalıdırlar.

Qadağa iyulun 28-i gecə saat 12-dək davam edəcək. Tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar dövlət yol polisi tərəfindən tam nəzarətə götürüləcək. Bakı şəhər Dövlət Yol Polisi idarəsi təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi məqsədilə bir sıra tədbirlər nəzərdə tutur. 

Digər nəqliyyat vasitələri bu zolağa daxil olmaqla hərəkət edirsə artıq bu inzibati xəta tərkibi yaradır və sürücünün 40 manat məbləğində cərimə olunması üçün avtomatik olaraq qərar qəbul edilir. Ona görə dövlət yol polisinin rəsmisi festival bitənədək qeyd edilən sarı rəngli zolaqlara xüsusi buraxılışı olmayan avtomobillərin hərəkət etməməsini , eləcə də paytaxt ərazisində süni tıxacların yaranmaması üçün onlara ictimai nəqliyyat vasitlərindən istifadə etməsini tövsiyyə edir. 

Vaqif əsədovun sözəlrinə görə bu zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları da qoyulub. Bununla bağlı yetərincə təbliğat aparılıb. Burada söhbət sürücülərin cərimələnməsindən getmir. Biz bununla Avropa Gənclər Yay Olimpiya Festivalının mahiyyətini sürücülərə çatdırmaq istəyirik. Elə paytaxt ərazisində sürücülər arasında apardığımız sorğuda onların da fikri birmənalı oldu. 

Bu kateqoriyadan digər videolar
Digər videolar