Ən çox izlənən videolar

Avtoxuliqan saxlanıldı - VİDEO

Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi pozan və bununla da vətəndaşların narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxladı. Belə ki, Abşeron rayon sakini Bayramov Feyzi Salman oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə rayon ərazisində avtoxiliqanlıq etdiyi üçün , saxlanılaraq barəsində Polis Şöbəsində inzibati protokol tərtib edildi və toplanan materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edildi.
Məhkəmənin qərarına əsasən Feyzi Bayramov İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 342.2.3-cü maddələrinə əsasən 20 gün müddətinə inzibati həbs edildi və 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olundu.
Qeyd edək ki, Feyzi Bayramov şəhər ərazisində mütəmadi olaraq avtoxuliqanlıq edərək etdiyi hərəkətləri videogörüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirirdi.

Bu kateqoriyadan digər videolar
Digər videolar