Ən çox izlənən videolar

“Qarabağ” Pley-offu hədəfləyib - VİDEO

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

Turnirdəki yeganə təmsilçimiz “Qarabağ” komandası doğma meydanda Kiprin APOEL kollektivini qəbul edəcək.

Tərəflər arasındakı ilk görüş ölkə çempionumuzun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəqibin son saniyələrdə 1 qol vurması və nikosiyalıların Bakıya yeni baş məşqçi ilə gəlməsi cavab qarşılaşmasının gərgin keçəcəyindən xəbər verir.

Elə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bu məsələyə diqqət çəkib.

Tofiq Bəhramov Adına Respublika stadionunda oynanılacaq matç Daniel Sibertin başçılıq etdiyi almaniyalı hakimlər briqasına tapşırılıb.

Qarşılaşmanın strat fiti saat 20:30-da sələnəcək.

İki oyunun nəticəsinə görə qalib gələn komanda Pley-off mərhələsində “Ayaks” - PAOK cütünün qalibi ilə üz-üzə gələcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar