Ən çox izlənən videolar

Manatın 27 yaşı - VİDEO

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il ötür.

1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb. 

Manatın ilk eskizlərinin müəllifi xalçaçı rəssam Eldar Mikayılzadə idi. Bəlkə də elə bu səbəbdən də milli valyutamızın üzərində xalça elementləri üstünlük təşkil edirdi. 

2005-ci il fevralın 7-də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzaladığı fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxıldı. 

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdu. 

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ isə yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Bu kateqoriyadan digər videolar
Digər videolar