Ən çox izlənən videolar

MTV "MEGOGO"da - VİDEO

Azərbaycan efir məkanında fəaliyyətə başlayan ilk və yeganə musiqili internet televiziyası olan MTV Azərbaycan artıq Ukraynada yerləşən dünyaca məşhur MEGOGO şirkətinin internet üzərindən televiziya yayımındadır. Bununla da MTV-də yayımlanan verilişləri, film, cizgi filmi, onlayın olaraq daha keyfiyyətli izləmək olacaq. Qeyd edək ki, mtv Azərbaycan kanalı həmin şirkətə qoşulan yeganə Azərbaycan kanalıdır. MEGOGO Ukraynanın ən böyük internet üzərindən televiziya yayımı şirkətidir. Bu şirkətdə bir çox dünya ölkələrinin kanalları yer alır. Bundan əlavə MTV Azərbaycan Özbəkistanın MEDİABAY şirkətinin internnet üzərindən yayımında da yer alıb. Bu şirkətin isə əsas ofisi ABŞ-da yerləşir. MTV Azərbaycan isə bu uğurlar ilə kifayətlənmir. Onlar tamaşaçılarını yeniliklərlə sevindirməklə davam edəcəklərini deyirlər.

Qeyd edək ki, MTV Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan mədəniyyət kanalı 2012-ci il 11 may tarixindən fəaliyyətə başlayıb. Televiziya yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, filmlərin, ayrı-ayrı proqramların canlı internet yayımları və canlı reportajlar kanalın əsas prioritetidir...

Bu kateqoriyadan digər videolar
Digər videolar