Ən çox izlənən videolar

Kəndli yarmarkasında polis qalmaqalı - VİDEO

Yerli İcra Hakimiyyətlərinin Paytaxtın rayonlarında təşkil etdiyi kənd təsərrüfatının yarmarkalarında istənilən fermer öz məhsullarını rahatlıqla heç bir ödəniş etmədən sata bilər. Lakin son günlər sosial şəbəkələrdə yayılan görüntülərdə hansısa şəxsin xətai rayonunda təşkil olunmuş yarmarkada satıcılardan qanunsuz olaraq pul yığdığı öz əksini tapıb. Biz də bu məqsədlə Xətai Rayon İcra Hakimiyyətnə üz tutduq. İcra hakimiyyətindən bildirildi ki, belə hala yarmarkada ilk dəfədir rast gəlinir.

Hələ görüntülərin yayıldığı ilk gün Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin verdiyi açıqlamaya görə, görüntülərdən də göründüyü kimi polis əməkdaşı hər hansı pul yığımı həyata keçirmir. Bununla bağlı hazırlanmış materialda iddia olunan cəfəngiyyat polisə qarşı yönəlmiş növbəti təxribatdır və ictimaiyətin yayındırmaqdan başqa bir şey deyil.
Bakı şəhər Baş Polis idarəsinin İctimai təhlükəsizlik idarəsinin inspektoru Anar Əliyev sözlərinə görə ərazi üzrə xidmət aparan polis əməkdaşları öz üzərlərinə düşən vəzifəni layiqincə icra edir və onlar rəhbərlik tərəfindən verilmiş təlimata əsasən ərazidə xidmət aparırlar.

Anar Əliyevin sözlərinə görə bu günədək polis əməkdaşlarının fəaliyyəti ilə bağlı hər hansı neqativ hallar müəyyən edilməmişdir.
Polisə Dəstək İctimai birliyinin sədri ehtiyatda olan polis zabiti Şəmsəddin Əliyevin sözlərinə görə Azərbaycan polisinin ünvanına edilən həqarətlər, ləyaqəti alçaldan yazılar, yalan məlumatların dərc olunması qəbuledilməzdir. Bütün bunlar həm dövlət üçün həm də cəmiyyət üçün zərəli haldır.

Müsahibimin sözlərinə görə belə halları sosial şəbəkələrdə ictimailəşdirən şəxslər vətəndaşlıq mövqeyini nümayiş etdirmir əksinə Azərbaycan polisinin nüfuzuna xələl gətirir.

Bu kateqoriyadan digər videolar
Digər videolar