Ən çox izlənən videolar

Birbaşa reyslər artırılacaq - VİDEO

Ölkəyə turist axınını artırmaq üçün xarici dövlətlərdən Azərbaycana birbaşa təyyarə reyslərinin artırılması planlaşdırılır. Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun REAL TV-yə verdiyi məlumata görə,

Səudiyyə Ərəbistanın ən böyük aviaşirkətləri Azərbaycana həftədə 10-a yaxın uçuş həyata keçirir. 

Qeyd edək ki bu ilin iyulunda Azərbaycana 365 min əcnəbi qonaq səfər edib ki, bu da ötən ilin eyni ayına nisbətən 10,6% çoxdur. Həmçinin , turistlərin 35%-ni Rusiya vətəndaşları təşkil edir. Bir il əvvəl ilə müqayisədə Rusiyadan ölkəmizə 11 min, yaxud 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ay

ı ilə müqayisədə bu ölkədən 12 min və yaxud 26% daha çox xarici vətəndaş təşrif buyurub. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Bu kateqoriyadan digər videolar
Digər videolar