Ən çox izlənən videolar

“Təmiz hava“ aylığı davam edir - VİDEO

Bura paytaxtın Binəqədi rayonu ərazisidir. Yol polis əməkdaşlarının işarəsinə məhəl qoymayaraq, avtonəqliyyat vasitəsini saxlamayan sürücü, polis əməkdaşları tərəfindən qarşısı kəsilərək saxlanıldı.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyddə iştrak etdik. 

Reyd zamanı sürücülərə bildirilir ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətdə saxlanılmalı və xaric olunan qazların tərkibi ekoloji təhlükəsiz normalarına uyğun olunmalıdır. 

Xüsusi cihaz vasitəsilə yoxlanılması zamanı ekoloji təhlükəsiz normalarına cavab verməyən nəqliyyat vasitələri yol polisi əməkdaşları tərəfindən aşkarlandı, sürücülər inzibati məsuliyyətə cəlb olundu.

Tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələrinin istismarı nəticəsində atmosferə atılan zərərli qazların insanların həyatına ciddi təhlükə törətməsinin və havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

Həmçinin reyd zamanı yükdaşıma qaydalarını pozan, texniki normalara uyğun olmayan və istismara yararsız avtonəqliyyat vasitələri saxlanılaraq müvafiq tədbirlər görüldü. 

Qeyd edəkki, ölkə ərazisində "Təmiz hava" aylığı Avqustun 1-dən 31-dək keçirilir.

Bu kateqoriyadan digər videolar
Digər videolar